REGİONLAR


Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Quba, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəhər sakini Əmrah Əmrahov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət-təmir avadanlıqları, ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri oğurladığı müəyyən edilib.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.