REGİONLAR


Qubada xüsusi karantin rejiminə əməl olunmasına nəzarət gücləndirilib

Quba, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

Polis əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini çatdırır, yaşayış yerlərini tərk edən zaman isə mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.