Qubada yanğına məruz qalan meşəlik ərazi bərpa olunur VİDEO
AzerTAg.az
Quba, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada yay aylarında yanğına məruz qalan meşə əraziləri bərpa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti meşəbərpa tədbiri Quba Regional Meşə Təsərrüfatı mərkəzinin Vəlvələ meşəbəyliyinin ərazisində keçirilib.
Yanğına məruz qalan ərazi əvvəlcə meşə təsərrüfatı işçiləri tərəfindən əkinə hazır vəziyyətə gətirilib. Meşəbərpa tədbiri çərçivəsində 3 hektar əraziyə yerli şəraitə uyğun palıd ağacı toxumu səpilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ümumilikdə yay aylarında baş verən yanğınlar 800 hektara yaxın meşəlik ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. Hazırda yanğın baş verən ərazilərdə nazirliyin tədbirlər planına uyğun olaraq meşəbərpa işləri həyat keçirilir. Bərpa prosesi mərhələli şəkildə bütün yanğın baş verən əraziləri əhatə edəcək.
Meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş ağac tinglərindən və milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunur.









Xəbərin mətnində orfoqrafik səhv var