İQTİSADİYYAT


Qubadakı səhmdar cəmiyyətlər üçün korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilmişdir

Bakı, 21 may (AZƏRTAC). “PAŞA Bank” və Azərbaycan

Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Quba şəhərindəki səhmdar cəmiyyətlər üçün (SC) korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilmişlər.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, konfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının SC nümayəndələri, eləcə də, QKDK rəhbərliyi və PAŞA Bankın aparıcı mütəxəssisləri iştirak etmişlər.

Tədbirdə qiymətli kağızlar bazarının indiki vəziyyəti və meyllər, SC-lərin işi və onların fəaliyyətinin milli qanunvericiliyə uyğunlaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və hesabatlılığın təqdim edilməsi, audit qruplarının daxil edilməsi və digər məsələlər müzakirə edilmişdir.

“Sual-cavab” sessiyasında QKDK-nın və bankın mütəxəssisləri səhmdar cəmiyyətlərin nümayəndələrinin suallarına ətraflı cavab vermişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.