REGİONLAR


Qubadlı məktəbliləri fövqəladə hallarla bağlı maarifləndiriliblər

Sumqayıt, 14 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda yerləşən Qubadlı rayonunun C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik Tahir Quliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Qorxmaz Həsənov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Qubadlı rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, məktəbin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, məktəbin şagirdləri üçün “Fövqəladə hallar zamanı özünü necə aparmalı”, “Fövqəladə hallarla bağlı davranış qaydaları”, “Yanğınların başvermə səbəbləri və yanğınların qarşısının alınması qaydaları” mövzusunda praktik dərs formatında təqdimatlar keçirilib.

İştirakçılar əvvəlcə təhlükəsizlik qaydalarını əks etdirən sərgi ilə tanış olublar. Sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Tədbirdə iştirak edən FHN-in əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və sair mövzularda geniş məlumat verilib.

Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.