ELM VƏ TƏHSİL


Qubadlı rayonunun təhsil statistikası

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını Qubadlı şəhərinin işğaldan azad edilməsi haqqında xoş xəbərlə sevindirdi.

Təhsil Nazirliyi də bu təbriklərə qoşularaq Qubadlı rayonunun təhsil statistikasını təqdim edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 1992-1993-cü illərdə rayonda 62 məktəb, 1193 müəllim, 5414 şagird olub. 2020-2021-ci tədris ilində 32 məktəb, 747 müəllim, 6320 şagird var.

Təhsil Nazirliyi yaxın gələcəkdə Qubadlının bütün kənd və qəsəbələrində yeni məktəblərin fəaliyyətə başlaması sevincini paylaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.