Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür

Bakı, 25 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

“Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq...” Prezident İlham Əliyevin Qubadlı şəhərinin işğaldan azad olunduğu gün - 2020-ci il oktyabrın 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə dediyi bu sözlər çox qısa müddətdə, cəmi 44 gündə öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə işğal altındakı rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

AZƏRTAC-ın müxbiri Qubadlı rayon ziyalısı, “Tərəqqi” medallı Əməkdar müəllim Ədalət Əsədovla görüşüb, onun doğma yurdu ilə bağlı xatirələrini, arzularını qələmə alıb.

Dil-ədəbiyyat müəllimi olan Ədalət Əsədov bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan xaotik vəziyyətdən istifadə edərək bir neçə il ərzində torpaqlarımızın 20 faizini işğal etmişdi. Amma Vətən müharibəsindən heç bir ay keçmədi ki, Rəşadətli Azərbaycan Ordusu Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarını işğalçılardan azad etdi. Düşmən, eləcə də ona havadarlıq edənlər bir daha anladılar: Azərbaycan 1990-cı illərdə ki, Azərbaycan deyil. Anladılar ki, qarşılarında bir vaxtlar dağınıq halda olan, texniki təchizatı çatışmayan Azərbaycan Ordusu deyil, müasir silahlarla təchiz olunan, peşəkar, qüdrətli Azərbaycan Ordusudur.

2020–ci il oktyabrın 25-də Azərbaycan əsgərinin Prezidentimizə, xalqa səslənişi Ədalət Əsədovun yaddaşına əbədi həkk olunub. Bu səsləniş onu həm kövrəldib, həm də quş kimi qanadlandırıb: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!”

Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində dalğalanmasından, ucaldılmasından bir il ötür. Bu, tariximizin ən şərəfli günlərindən biridir.

Müzəffər Ali Baş Komandanın ötən il dekabrın 23-də Qubadlıda dediyi “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – sözlərini xatırlayan Ədalət Əsədov bildirib ki, şərəfli missiyasını uğurla tamamlayan rəşadətli Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdi. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir. Bu müharibə dünya üçün də bir yenilik oldu. Əbəs yerə deyil ki, Azərbaycanın apardığı Vətən müharibəsi bir çox hərbi ekspert tərəfindən XXI əsrin müharibəsi adlandırılır.

Rayon ziyalısı Qubadlının coğrafiyası barədə məlumat verərək qeyd edib ki, tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Ancaq Qarabağ xanı Pənahəli xanın uzaqgörən, müdrik siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921–ci ildə daşnak–bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə böldü. Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı.

Qubadlı rayonu 1930-cu ildə təşkil olunub. Rayon şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanın Qafan və Gorus rayonları ilə həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri rayonunun bolsulu çaylarıdır. Rayonun səthi, əsasən, dağlıqdır. Bölgədə əsasən, qəhvəyi dağ – meşə torpaqları yayılıb. Meşələrində fıstıq, palıd, vələs, göyrüş bitirdi. Meşənin sahəsi 13.2 min hektar idi. Faunası və florası çox zəngin idi.

Ədalət Əsədov vurğulayıb ki, ərazisi 802 kvadratkilometr olan rayonda işğala qədər 30 minə yaxın əhali yaşayırdı. Qubadlı Azərbaycana böyük oğullar bəxş edib. Böyük övliya Mir Sədi Ağa, Azərbaycan qaçaq hərəkatının öncülü Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi S.Rəhimov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Ə.Əliyev, ikinci Qarabağ savaşının əfsanəvi komandiri general–mayor M.Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Ş.Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır. Bu siyahını artırsaq 4–5 vərəqlik səhifə yaranar.

1993–cü il avqustun 31–də Qubadlı Ermənistan tərəfindən işğal olundu və rayon əhalisi 27 il köçkünlük həyatı yaşadı. Artıq o ağır günlər geridə qalıb. Bu barədə danışan Ədalət Əsədov deyib: “2020–ci il oktyabrın 25–də, yəni 44 günlük Vətən müharibəsinin 29–cu günündə bu ağır yükdən qurtulduq. Ali Baş Komandan və onun əmrini canla–başla yerinə yetirən igid oğullarımızın - əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Qubadlıda da abadlıq–quruculuq işləri gedir. İndi Bərgüşad, Həkəri çayları daha zümzümə ilə, şaqraq axır. Hərtiz dağı sanki daha da ucalmaq, göylərə baş çəkmək istəyir. Yazı düzü insanları əkib-biçməyə səsləyir”.

Doğrudur, erməni vandalları rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Rayon ziyalısı bildirib ki, Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Bunu həm dövlət başçımızın, həm birinci xanımın Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda başlatdığı quruculuq, abadlıq işləri deməyə əsas verir.

Qubadlı torpağının yetirməsi olan şair Q.Qasımzadənin,

Sizdən ayrılanda dağlar cavandım,

İndi hüzuruna qoca gəlmişəm.

Qayğılar üstümə düşdü, talandım,

Üzümə üz tutub borca gəlmişəm, - misralarını xatırlayan Ədalət Əsədov deyib: “Otuz dörd yaşında Qubadlını məcburən tərk etdim. İndi 63 yaşım var. Mən Qubadlıya borc üçün yox, qurub-yaratmağa, yeni nəsil tərbiyə etməyə gedəcəyəm. Buna görə də göydə Allaha, yerdə Prezident İlham Əliyevə çox minnətdaram, borcluyam. Var olun, cənab Prezident! Tanrı Sizi qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir