REGİONLAR


Qubadlıda aşkarlanan 4 tondan çox çətənə kolu yandırılaraq məhv edilib

Qubadlı, 17 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.