REGİONLAR
Qubadlıdan olan pedaqoq-şair Sevi Sevdimalıyevin 80 illik yubileyi qeyd edilib
Sumqayıt, 4 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd tam orta məktəb-liseydə pedaqoq-şair Sevi Sevdimalıyevin 80 illik yubileyi ilə əlaqədar xatirə tədbiri keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şairin qələm dostları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərhum şairin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edənlər xatirələrini bölüşdükdən sonra şairin yazdığı şeirlər V.Əliyev adına rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin birgə hazırladığı ədəbi-bədii kompozisiyalarda, muğam parçalarında səsləndirilib.
Sonda şairin övladı çıxış edərək, tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]