REGİONLAR


Qubadlılı gənc pianoçuların uğuru

Sumqayıt, 30 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Oktyabrda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin qatıldığı onlayn “III Caspi Art Uluslararası Sanat Yarışması” Beynəlxalq müsabiqəsində Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbi də iştirak edib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Fatimə Mənsumzadə və 1-ci sinif şagirdi Aynaxanım Ağazadə müsabiqənin qalibləri sırasında yer alıblar.

F.Mənsumzadənin ifa etdiyi - K.V.Qlyükun “Flaminqo”, D.Kabalevskinin “Variasiyalar” əsərləri və A.Ağazadənin ifasında təqdim olunan T.Quliyevin “Seva velosipedlə” və “Lay-lay”, K.Çerninin “Etüd”ü münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqənin yekun nəticələrinə görə hər iki gənc pianoçu 2-ci dərəcəli diploma layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.