REGİONLAR
Qubadlılılar Ümummilli Liderin xatirəsini nəcib aksiya ilə yad ediblər
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qubadlı rayonunun bütün idarə, müəssisə və təşkilatlarında, eyni zamanda, yaşayış məntəqələrində genişmiqyaslı iməcilik və ağacəkmə aksiyaları keçirilir.
Qubadlı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da Abşeron rayonunun Stansiya Sumqayıt ərazisində məcburi köçkün ailələri üçün yeni inşa olunmuş yaşayış kompleksinin ərazisində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya iştirakçıları arasında rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanları və məktəb kollektivlərinin nümayəndələri olub. Ümumilikdə, mindən artıq Qubadlı sakini aksiyaya könüllü olaraq qoşulub. Aksiya zamanı iki mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib.