REGİONLAR


Qubadlının tibb işçiləri Ümummilli Liderin doğum günündə yüzlərlə qızılgül kolu əkiblər

Sumqayıt, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC

“Qubadlı Rayon Mərkəzi Xəstəxana” publik hüquqi şəxsin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən xəstəxananın direktoru Yaşar Həsənov bildirib ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Xəstəxananın poliklinika şöbəsinin müdiri Hüsniyyə Adıgözəlova, həkim-oftalmoloq Aygün Allahverdiyeva, tibb bacısı Gülxar Səfərova çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı xidmətlərindən, tibb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirdən sonra xəstəxana və onun tabeliyində olan tibb müəssisələrində iməcilik keçirilib. Qubadlı rayonunun tibb işçilərinin həvəslə qatıldığı iməcilikdə yüzlərlə qızılgül kolu əkilib, ağaclara və yaşıllığı aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.