QAN YADDAŞI
Qubalı gənclər “Xocalıya ədalət” şüarı ilə yürüş keçirib VİDEO
Quba, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin fəalları “Xocalıya ədalət” şüarı ilə yürüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, gənclər YAP Quba rayon təşkilatının inzibati binasının qarşısından Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkınadək məsafəni piyada qət ediblər. Yürüş zamanı əllərində bayraqlar və üzərində “Xocalıya ədalət” yazılan böyük ölçülü plakat tutan gənclər səsləndirdikləri şüarlarla insanların diqqətini aksiyaya yönəldiblər.
Yürüşdən sonra Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]