REGİONLAR


Qubalı məktəbli: Cənub bölgəsi ilə tanışlıq yaddaşımdan heç vaxt silinməyəcək

Lənkəran, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Tur-aksiya zamanı yaddaşımda daha dərin izlər buraxan tarixi abidələrlə tanışlıq oldu. Lənkəranda “Dairəvi qala”, “Qoşa qala qapıları”, “Mayak” binası, “Xan sarayı”, Astarada “Yanar bulaq”, Masallıda tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq yaddaşımdan heç vaxt silinməyəcək. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha sübut edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsinə səyahət edən Quba şəhərindəki texniki təmayüllü liseyin XI sinif şagirdi Ruslan Babayev bildirib.

R.Babayev daha sonra deyib: “Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılırıq. Bu yerlərin füsunkar təbiəti, tarixi abidələri, zəngin milli mətbəxi, müasir üslubla tikilmiş binaları və mehriban insanları heç vaxt yaddaşımızdan silinməyəcək.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.