REGİONLAR


Qubanın Qırız kəndindəki donmuş şəlaləyə fotosəyahət

Quba, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.

Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.

AZƏRTAC Mürsəl Qasımovun Qırız kəndində səyahət zamanı çəkdiyi fotoları təqdim edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.