REGİONLAR


Qubanın “Şahdağ” futbol klubu Region Liqasında çempionluğa iddialıdır VİDEO

Quba, 10 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Qubada fəaliyyətini bərpa edən “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasında mübarizə aparacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çempionluğa iddialı komandaya türkiyəli mütəxəssis İbrahim Uzunca baş məşqçi təyin olunub. Məşqçi bundan əvvəl Azərbaycanda "Bakı" futbol klubu ilə əməkdaşlıq edib. Mütəxəssisin son iş yeri isə Türkiyə üçüncü liqasında çıxış edən "Osmaniyespor" klubu olub.

Sentyabrın əvvəlindən məşqlərə başlayan komandada şimal bölgəsinin futbolçuları məşq edir. Həmin futbolçular seleksiya məşqlərindən sonra kluba cəlb olunublar.

Klubun rəhbəri Xanbaba Daşdı bildirib ki, komandanın tam təşkili üçün yeni transferlər də nəzərdə tutulub. Əsas heyətə seçiləcək futbolçuları müəyyənləşdirmək üçün komanda qarşıdakı günlərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Komanda məşqlərini rayonun Birinci Nügədi kəndindəki stadionda keçirir.

“Şahdağ” futbol klubunun qarşısına qoyulan məqsəd növbəti illərdə Azərbaycan Birinci Divizionuna vəsiqə qazanmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.