REGİONLAR


Qubanın Şuduq kəndində modul tipli məktəb quraşdırılıb

Quba, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Şuduq kəndində 40 şagird yerlik modul tipli məktəb binası quraşdırılıb.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəb dərs ilinin ikinci yarısında kollektivin istifadəsinə veriləcək. Bu, rayonda quraşdırılan 26-cı modul tipli məktəbdir.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Şuduq kəndi dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.