REGİONLAR


Qubanın dağlıq ərazilərində temperatur mənfi 14 dərəcəyədək enib

Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 17-də axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü şimal bölgəsinin dağlıq ərazilərində 10 santimetrə çatıb, temperatur mənfi 14 dərəcəyədək aşağı enib.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Qubanın Xınalıq kəndində 2, Xaltanda 4, Xızının Altıağac qəsəbəsində 1, Qubanın mərkəzində 3, Qusarın şəhərində 2 santimetr qar yağıb.

Ən aşağı temperatur (-14 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.