REGİONLAR


Qubanın təhsil müəssisələrində monitorinqlərə başlanılıb

Quba, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Qubanın Qamqam kənd tam orta məktəbinin müəllim kollektivi arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmasından sonra rayonun təhsil müəssisələrində monitorinqlərə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən monitorinqlər bütün məktəbləri əhatə edəcək.

Bununla yanaşı, rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış 140 mobil qrup da fəaliyyət göstərir. Dörd nəfərdən ibarət qruplar rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparırlar. Rayonda əhalinin çox toplaşdığı bütün yerlərdə, idarə, müəssisə, təşkilatların, ictimai-iaşə obyektlərinin binalarında və nəqliyyat vasitələrində müvafiq maarifləndirici materiallar yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.