REGİONLAR
Qubanın ümumtəhsil müəssisələrinə 107 minə yaxın yeni dərslik paylanılacaq
Quba, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun ümumtəhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin paylanılmasına başlanılıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət tərəfindən verilən 106 min 877 ədəd dərslik sentyabrın 5-dək məktəblərə çatdırılacaq. Ümumtəhsil müəssisələrində birinci siniflər 2 min 531, beşinci siniflər 2 min 278 və doqquzuncu siniflər 1958 ədəd olmaqla, 100 faiz yeni dərsliklərlə təmin olunacaqlar. Digər siniflərin dərslikləri isə qismən yenilənəcək.
Hər bir dərsliyin istifadə müddəti dörd ildir. Şagirdlər dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar.
Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-dək həllini tapacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]
Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO
- 22.04.2024 [20:22]