CƏMİYYƏT


Qubaya istirahətə gələn şəxslərdən külli miqdarda narkotik vasitə götürülüb VİDEO

Bakı, 25 mart, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, verilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Bundan başqa, M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.

Araşdırmalar zamanı hər üç şəxsin Qubaya istirahət etmək məqsədilə gəldikləri müəyyənləşdirilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.