REGİONLAR
Qubaya qarşıdakı qış mövsümündə 15 min turistin gələcəyi gözlənilir VİDEO
Qusar, 8 dekabr (AZƏRTAC
Ölkəmizin turizm imkanları geniş olan rayonlarından sayılan Qubaya qarşıdakı qış mövsümündə 15 min turistin gələcəyi gözlənilir.
Turistlərin Quba rayonuna Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə elan olunan qeyri-iş günlərində daha çox gələcəyi ehtimal edilir. Çünki qış fəslində rayonu turistlər üçün cəlbedici edən qarlı hava və əsrarəngiz təbiət mənzərələridir.
Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, rayona gələcək turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görülür. Rayonda, ümumilkdə, 36 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu mehmanxanalardan 10-u həm yay, həm də qış turizm mövsümündə qonaqlara xidmət göstərir. Mərkəzin əməkdaşları artıq bu obyektlərin nümayəndələri ilə görüşərək turistlərin qəbulu ilə bağlı müvafiq qayda və normativləri onların diqqətinə çatdırıblar.
Ötən yay mövsümündə Qubaya 40 mindən çox turist gəlib ki, onların da 8 mindən çoxu əcnəbilər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]