CƏMİYYƏT


Qubernator: Kvemo Kartli bölgəsində problemlərin aradan qaldırılması üçün konkret fəaliyyət planı hazırlanacaq

Tbilisi, 16 sentyabr, AZƏRTAC

Baş Nazirlə görüşdə regionların inkişafı ilə bağlı qarşımızda konkret tapşırıqlar qoyulub. Biz də bu tapşırıqları yerinə yetirəcəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Şora Rexviaşvili söyləyib.

Onun sözlərinə görə, ilk növbədə, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində mövcud problemlərin tam aradan qaldırılması üçün konkret fəaliyyət planı hazırlanacaq. Bölgə rəhbərliyi problemlərin tez bir zamanda həll olunmasına çalışacaq.

“Tapşırıqların icrası ilə bağlı vaxt məhdudiyyəti var. Ona görə də bölgə əhalisini narahat edən məsələlərin maksimum operativ qaydada aradan qaldırılmasına çalışacağıq”, - deyə Ş.Rexviaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya sentyabrın 13-də bölgə qubernatorları ilə görüşüb. Hökumət başçısı qubernatorlara bölgələrdə mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planı hazırlamağı tapşırıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.