İDMAN


Qüdrət Nuriyev: Azərbaycan alpaqudçularının dünya çempionu olması parlaq qələbədir

Bakı, 26 noyabr, AZƏRTAC

Bakıda alpaqut Turan döyüş sənəti üzrə iki gün davam edən dünya çempionatında komandamızın qalib gəlməsi bizi son dərəcə məmnun etdi. Azərbaycan komandasının dünya çempionatının qalibi olması parlaq qələbədir.

Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev AZƏRTAC-a müsahibəsində deyib.

İdmanın bu növü üzrə federasiyanın dörd ildir fəaliyyət göstərdiyini vurğulayan Q.Nuriyev hazırda 45 rayonda alpaqutun inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, əsas məqsəd gələcəkdə idmanın bu növünü respublikamızın bütün rayonlarında inkişaf etdirməkdir. “Azərbaycan alpaqutçuları dünyada rəqib tanımadıqlarını sübut etdilər. İdmançılarımız öz potensiallarından maksimum istifadə edərək komanda hesabında birinci yeri tutdular. Sevindirici haldır ki, ölkəmizdə bu idman növünə maraq getdikcə artır”, - deyə Qüdrət Nuriyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.