CƏMİYYƏT


Qudyalçayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin yüksəlməsi davam edir

Bakı, 14 iyul, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 14:25-dən başlayan leysan yağışı nəticəsində Xınalıq kəndi yaxınlığında Qudyalçayı qidalandıran sol qola bir saat ərzində 23,6 millimetr yağıntı düşüb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, hazırda Qudyalçayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin yüksəlməsi davam edir. Mənsəbdən 7-8 kilometr yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.