REGİONLAR
Qudyalçayın sel təhlükəsi olan hissələrində bənd-sahilbərkitmə işləri aparılır VİDEO
Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qudyalçayın Mollaburhan kəndi yaxınlığından keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı təsərrüfat sahələri üçün təhlükə yaradıb. Burada inşa edilməkdə olan dəmir-beton mühafizə bəndinin uzunluğu 200, hündürlüyü isə 7 metr olacaq. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Bənd-sahilbərkitmə işləri mart ayında yekunlaşacaq.
Bununla yanaşı, ötən ilin dekabr ayında Qudyalçayın Üçgün kəndi yaxınlığından keçən hissəsində 130 metr uzunluqda bəndin inşaası başa çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]