İDMAN


“Que Pasa”: “Qarabağ” klubu Azərbaycan liqasının mütləq lideridir

Madrid, 19 sentyabr, AZƏRTAC

EFE xəbər agentliyinin portalında, həmçinin “Que Pasa” Latın Amerikası portalında “Sevilya özünün favoritlər arasında olmaq kimi yeni Avropa arzusuna can atır” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Avropa Liqasının birinci turu çərçivəsində Azərbaycanın “Qarabağ” və İspaniyanın “Sevilya” komandası arasındakı bugünkü oyuna həsr edilib.

Məqalədə qeyd olunur ki, “Qarabağ” klubu Bakıda oynamağa məcburdur. Çünki müharibə nəticəsində Ağdam şəhəri və Azərbaycanın digər əraziləri 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib. “Qarabağ” klubu - Azərbaycan liqasının mütləq lideri oyunu əminliklə qarşılayır”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, İspaniya komandası Azərbaycanda heç vaxt oynamayıb. “Sevilya” klubu meydana forvardı Nolitosuz, həmçinin oyunlardan kənarlaşdırılmış hücumçusu Lukas Okampossuz çıxacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.