REGİONLAR
Qulam İshaqzai: Cənub bölgəsində gördüyümüz yeniliklər burada turizmin inkişafına mühüm təsir göstərəcək
Lənkəran, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın cənub bölgəsinə səfər çərçivəsində bu rayonlarda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış nailiyyətlərlə yaxından tanış olduq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəranda səfərdə olan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai söyləyib.
Qulam İshaqzai daha sonra deyib: “Səfərlə bağlı xoş təəssüratlarım var. Dünən Astarada idik, bu gün isə Lənkəranla tanış oluruq. Astaralılar və lənkəranlılar bizə əsl qonaqpərvərlik nümayiş etdirdilər. Bölgədə gördüyümüz yeniliklər burada turizmin inkişafına mühüm təsir göstərəcək. Cənub bölgəsinə səfərdən sonra buraya gələn turistlərin sayı da artacaq”.
Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən noyabrın 27-28-də Astara və Lənkərana səfəri təşkil olunub.