İQTİSADİYYAT


Qulamrza Ənsari: Astara-Rəşt dəmir yolu iki qonşu və dost dövlətin iqtisadi əlaqələrini daha da artıracaq

Tehran, 10 iyul, AZƏRTAC

Azərbaycan Astara-Rəşt dəmir yolunun inşasının davam etdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu yolun tikilib başa çatdırılması iki qonşu və dost dövlətin iqtisadi əlaqələrini daha da artıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin beynəlxalq iqtisadi əlaqələr üzrə müavini Qulamrza Ənsari Astara şəhərinə səfəri zamanı deyib.

Q.Ənsari diqqətə çatdırıb ki, Astara-Rəşt dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanması üçün əsas yoldur. Bu yol Fars körfəzi ilə Qərbi Avropa ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Regionun iqtisadi inkişafına böyük təkan verəcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız İran və Azərbaycanın deyil bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Onun sözlərinə görə bu dəmir yolu Bəndər-Abbas-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara şəhərlərini birləşdirəcək. Cənub Şərqi Asiya ölkələrindən mallar Fars körfəzi sahillərinə buradan İran Astarasına oradan isə Azərbaycan və Rusiya üzərindən daşınaraq Qərbi Avropaya çatdırılacaq.

Nazir müavini bildirib ki, bu marşrut əvvəlkindən fərqli olaraq malların tez və təhlükəsiz çatdırılmasını təmin edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.