CƏMİYYƏT


Qulaqlıqlardan düzgün istifadə etmədikdə səsin beyinə daxil olma mexanizmi pozulur

Qulaqlıqlardan düzgün istifadə etmədikdə səsin beyinə daxil olma mexanizmi pozulur

Bakı, 21 yanvar, AZƏRTAC

Tam olmayan hesablamalara görə, hazırda hər beş gəncdən dördü qulaqlıqlardan istifadə edir. Bu tendensiya naqilsiz qulaqlıqlar meydana çıxandan sonra daha da artıb. Mütəxəssislər bildirirlər ki, qulaqlıqdan müntəzəm istifadə edənlərin fikirləri dağınıq olur və bu da onların həyatı üçün təhlükə yaradır. Qulaqlığın əsas faydası səs-küydən uzaqlaşmağa kömək etməkdir. Lakin ondan düzgün istifadə olunmadıqda səsin qulaqdan beyinə daxil olma mexanizmi pozulur.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nazilə Xəlilbəyovanın dediyinə görə, qulaqcıqdan istifadə etmək təkcə eşitmə zəifliyinə yox, infeksiyalara da səbəb ola bilər: “Qulaqlıqların özünün də şüalanması həddən artıq çoxdur. Onların birbaşa qulaq seyvanına, qulaqdakı borulara təsir nəticəsində beyin aşırı yüklənərək digər normal reflekslərini eyni vaxtda həyata keçirə bilmir. Bu da beyin qan dövranına, düşünmə və qavrama qabiliyyətinə, yuxusuzluğa çox böyük ziyan vurur”.

Qulaqcıqların qulağa zərər verməsinin qarşısını almaq üçün ən vacib şərtlərdən biri də uzunmüddətli istifadədən qaçmaqdır. Əgər bunu etmək məcburiyyəti varsa, qulaqüstü qulaqlıqlara üstünlük vermək lazımdır. Eşimə ilə bağlı problem hiss olunanda isə həkimə müraciət etmək tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.