CƏMİYYƏT


Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturan, şəxsiyyəti məlum olmayan üç nəfərin onu hədələyərək pul verməsini tələb edib, istəklərinə nail ola bilmədiklərindən uzaqlaşmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Quldurluğu törətməkdə şübhəli bilinən şəxslər 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.