CƏMİYYƏT


Quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməlləri də məlum olub

Bakı, 7 dekabr, AZƏRTAC 

Polis əməkdaşları quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərini də müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onun rayon ərazisində səkkiz avtomobildən pul və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 3-nə keçən gecə şəhərdə “Mercedes” markalı səkkiz avtomobildən oğurluq etdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.