CƏMİYYƏT


Qumral Ələkbərova: Seroloji testlər könüllülük prinsipi əsasında aparılacaq

Bakı, 15 avqust, AZƏRTAC

Gələn həftə COVID-19-la mübarizə çərçivəsində seroloji skrinninq aparılacaq. Əsas məqsəd COVID-19-a qarşı immunitetin formalaşıb-formalaşmadığını müəyyənləşdirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, testlər könüllülük prinsipi əsasında və təsadüfi seçilmiş əhali qrupu arasında aparılacaq. Həmin testlər üçün 3-5 millilitr qan nümunəsi toplanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.