İDMAN


Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir

Bakı, 18 iyul, AZƏRTAC

İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, güclü rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bildirib: “Hazırda məni yalnız bu görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Rəqibin iddialı açıqlamaları sübut edir ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”.

“Qarabağ”-“Olimpiya” oyunu iyulun 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.