İDMAN


Qurban Qurbanov: Çox gərgin və maraqlı oyun oldu

Bakı, 3 avqust, AZƏRTAC

Çox gərgin və maraqlı oyun oldu. Rəqib topla davranmağı bacaran komandadır. Matçın əvvəlləri çətin keçsə də, get-gedə vəziyyətə nəzarəti əla ala bildik. Ən çox mübarizə apardığımız oyun oldu. Sonadək bacardığımız üçün sevinirəm.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib: “Böyük istək və əzmlə çalışırıq ki, cavab görüşünə hazır olaq. Səfərdə yaxşı mübarizə aparıb, mərhələni keçməyə çalışacağıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Daim komandamızın arxasında dururlar. Biz geriyə nadir hallarda oynayırıq. Sadəcə, həmin anlarda rəqib müdafiəni yaxşı bağlamışdı. Həm də matçın sonları idi, yorğunluq var idi. Ola bilsin ki, buna görə özünəinam azalsın. İlk oyun idi, məğlub olmamışıq. Bu epizodlar futbolun bəzən görünən hissələrindən biri idi”.

Hava isti, oynamağın çətin olduğunu deyən Q.Qurbanov vurğulayıb ki, futbolçularımız meydanda daha ayıq oynayır. Çalışırıq matça tam hazır olaq. Qol buraxsaq da, mübarizə aparırıq. Ümumiyyətlə, top buraxmamağa çalışırıq. Amma rəqibin gücünü nəzərə alsaq, bu, normaldır. Bütün düşüncəmiz ondadır ki, daha etibarlı oynayaq və sınmayaq. Hər hansı oyunu 5:0 hesabı ilə də uda bilərik, əsas özünəinamdır. Futbolçular meydanda qalib gəlməyə, daha artığını etməyə çalışırlar. Baxımlı futbol oynamaq istəyiriksə, qol vurmalıyıq. Bu halda boşluqlar da olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ”-“Ferentsvaroş” oyunu 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.