İDMAN


Qurban Qurbanov: Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı oynayacağıq

Bakı, 3 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı oynayacağıq. Düşünürəm ki, sabah gözəl oyunun şahidi olacağıq. Bir neçə oyunçumuz zədəlidir. Buna baxmayaraq, komandada gözəl əhval-ruhiyyə var. Unay Emerinin gəlişindən sonra komanda daha çox hücum futbolu oynamağa başlayıb. “Arsenal” böyük tarixi olan köklü futbol klubudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Arsenal” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Sabah UEFA Avropa Liqasında ikinci oyunumuzu keçirəcəyik. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz olsa da, bu oyuna ciddi hazırlaşmışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq. “Arsenal” kimi güclü klub üçün səfər və ya doğma meydanda oynamaq o qədər də əhəmiyyət kəsb etmir. Çətin oyun olacağını bilirik. Hər halda rəqibi yaxından tanıyırıq. Düşünürəm ki, futbolçularımız meydanda əllərindən gələni edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.