İDMAN


Qurban Qurbanov: Futbolçularımın oyunundan razıyam

Bakı, 9 dekabr, AZƏRTAC

Futbolçularımı təbrik edirəm, çempionatın son oyununda vacib qələbə qazandılar. Oyundan və nəticədən razı qaldım. “Zirə” klubunun baş məşqçisi Samir Abasova uğurlar arzulayıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Ağdamlıların baş məşqçisi deyib: "Rəqibin fərqlənmək şansı oldu. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, “Neftçi” ilə aramızdakı xal fərqi artmasın. Bu il üçün çempionatda son oyunumuz oldu. Bundan sonra Avropa Liqasında “Arsenal” ilə oyuna hazırlaşmalıyıq. Avropa Liqasında da bu sxemlə oynaya bilərik. Düşünürəm ki, həmin oyuna ciddi hazırlaşmalıyıq. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.