İDMAN


Qurban Qurbanov: Futbolçularımızın “Vorskla”ya qarşı ciddi mübarizə aparacaqlarını gözləyirik VİDEO

Poltava, 7 noyabr, AZƏRTAC

Bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda uğurlu nəticəni yaxşı oyunla əldə etmək istərdik. “Vorskla” öz meydanında aqressiv oynayır. Futbolçularımızın ciddi mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı saymıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar.

“Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandalara qarşı çıxış etmişik. Bakıdakı görüşdə rəqibdən zəif deyildik. Ola bilər ki, rəqib doğma meydanda daha fəal, aqressiv oynasın. Buraya yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. “Vorskla”nın öz oyun üslubu var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”, - deyə baş məşqçi əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Poltava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.