İDMAN


Qurban Qurbanov: Məqsədimiz rəqibdən çəkinməyərək öz oyunumuzu oynamaq idi

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

“Fikrimiz rəqibdən çəkinməyərək öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Arsenal” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Təcrübə baxımından böyümək üçün bu cür böyük məğlubiyyətlər lazım olur. Qalib gəlməkdən ötrü isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik” - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.