İDMAN


Qurban Qurbanov: Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım

Bakı, 4 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım. “Sumqayıt” klubunun baş məşqçisi Nazim Süleymanova öz işində uğurlar arzulayıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turunda “Sumqayıt” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, “Qarabağ” öz oyun üslubunu tam qaydasına salıb: “Oyunda çox gərginlik var idi. Bu qələbədən sonra rahatlaşmaq olmaz. Çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm”.

Qurban Qurbanov həmçinin UEFA Avropa Liqasının 4-cü turunda Ukraynanın “Vorskla” klubu ilə oyundan da, danışıb: “Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Bəzən alınmır, çatışmazlıqlar olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını yüksəkliklərə qaldırmağa çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. Biz yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik. Futbolçuları bu ağır görüşdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxardır. Amma əlimizdən gələni edirik və edəcəyik”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.