İDMAN


Qurban Qurbanov: Səfərdə qələbə qazanmaq istəyirik

Bakı, 9 iyul, Nicat Məmmədov, AZƏRTAC

Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq və bilirik ki, azarkeşləri komandalarını sonadək dəstəkləyir. Rəqib futbolçular çox xarakterlidirlər. Rəqibin baş məşqçisi, oyun sistemi yenidir. Biz rəqibdən sürprizlər gözləyirik və buna hazır olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubu ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcısı bildirib: “Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil. Dünya futbolunda hər şey mümkündür, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik. Amma sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.

Klubun albaniyalı sabiq müdafiəçisi Ansi Aqolli barədə danışan baş məşqçi deyib: “Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi həmişə arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.