İDMAN


Qurban Qurbanov: Yaxşı oyunla vacib qələbə qazandıq

Bakı, 13 aprel, AZƏRTAC

Bu gün yaxşı oyunla vacib qələbə qazandıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunda “Sabah” klubu ilə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Sabah”ın “Qarabağ”a qarşı aqressiv oyun nümayiş etdirdiyini söyləyən baş məşqçi Qurban Qurbanov deyib: “Hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik komanda gördük. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir”.

“Sabah” klubunun baş məşqçisi Elşad Əhmədov isə “Qarabağ"ın bütün cəhətlərdə üstün oynadığını qeyd edərək bildirib: “Heyətimizdə itkilərin olması oyunumuza öz təsirini göstərdi. "Qarabağ” layiqli qələbə qazandı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Qarabağ” klubu “Sabah”ı 3:0 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.