İDMAN


Qurban Qurbanova təltif olunduğu “Şöhrət” ordeni təqdim edilib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova bu ali mükafat təqdim olunub.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, mükafatı baş məşqçiyə mayın 25-də AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

R.Abdullayev təcrübəli mütəxəssisə “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbriklərini çatdırıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Q.Qurbanov fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.