CƏMİYYƏT
Qurban Yetirmişli: Gələn il Şuşa və Cəbrayılda seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur
Bakı, 28 dekabr, AZƏRTAC
Hazırda respublika ərazisində 62 seysmik stansiya vasitəsilə tədqiqatlar aparılır. 2021-ci ildə isə daha 22 stansiya quraşdırılacaq və bununla onların ümumi sayı 84-ə çatdırılacaq.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bunu RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
Professorun sözlərinə görə, mərkəzin gələnilki planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların qurulması məsələsi də salınıb: “2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]