Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qurban Yetirmişli: “Metsamor” AES-in yaxınlığından seysmik potensialı 10 bal olan böyük və aktiv tektonik qırılma zonası keçir

Qurban Yetirmişli: “Metsamor” AES-in yaxınlığından seysmik potensialı 10 bal olan böyük və aktiv tektonik qırılma zonası keçir

Bakı, 29 aprel, AZƏRTAC

Atom elektrik stansiyaları (AES) insanlar üçün həmişə həyati təhlükə mənbəyidir. Xüsusilə də belə obyektlərin seysmik aktiv bölgələrdə yerləşməsi təhlükəni ən yüksək həddə çatdırır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktor bildirib ki, Ermənistanda yerləşən “Metsamor” AES-in istismar müddətinin çoxdan başa çatması və hazırda işə yararsız olduğu səbəbindən onun bağlanması tələbi ilə Azərbaycanda və digər qonşu ölkələrdə müzakirələr genişlənir. Lakin ermənilər “Metsamor”un təmir olunaraq yenidən fəaliyyətinin davam etdirilməsinin mümkünlüyünü əsaslandırmağa çalışırlar: “Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki bir hadisə baş versə, nəticəsi bütün bölgəni əhatə edəcək. “Metsamor” AES üçün ən böyük və qarşısı alınmaz təhlükə isə Ermənistan ərazisində baş verməsi ehtimal olunan güclü zəlzələdir.

Tədqiqatlar göstərir ki, Ermənistan ərazisi Alp - Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir.

Seysmik aktiv ərazilərin seysmikliyini şərtləndirən əsas amil orada aktiv tektonik qırılmaların mövcudluğudur. Bu qırılmalar daxilində baş verən təzadlı (kontrast) tektonik hərəkətlər bu və ya digər intensivlikli zəlzələlərlə müşayiət olunur. Ermənistan ərazisində yüksək aktivliklə səciyyələnən Ümumqafqaz və ya endairəsinə yaxın istiqamətli və antiqafqaz və ya meridiana yaxın istiqamətli tektonik qırılma zonaları müəyyən edilib. Sadalanan bütün güclü və həmçinin digər zəif və orta güclü zəlzələlərin hamısı bu tektonik qırılmalarda gedən geodinamik proseslərlə əlaqəlidir.

Məlumdur ki, zəlzələlərin qısamüddətli proqnozlaşdırılması qeyri-mümkündür. Lakin seysmik aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını təmin etmək məqsədilə həmin ərazilərin seysmik rayonlaşdırılması - ərazinin seysmik təhlükə səviyyəsinə görə xəritələnməsi işləri aparılır. Seysmik rayonlaşdırma xəritəsinin düzgün tərtib olunması və ya dəqiqləşdirilməsinin ən mühüm şərtlərindən biri potensial güclü zəlzələ ocağı ola bilən seysmiklik törədən zonaların yerinin və seysmik potensialının real qiymətləndirilməsidir. Bu problemin həlli sahəsində aparılan tədqiqatlar əsasən Yer qabığının dərinlik quruluşunun, müasir geodinamikanın, regional seysmikliyin, seysmotektonikanın kompleks və müfəssəl öyrənilməsi məsələlərini əhatə edir. Nəticədə seysmik təhlükə mənbələri olan seysmik cəhətdən aktiv strukturlar, onların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri, həmin aktiv strukturların seysmik rejiminin parametrləri təyin edilir və tədqiq olunan ərazinin hər bir yerində müəyyən zaman intervalında mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilir.

Keçmiş SSRİ-də, o cümlədən Ermənistan SSR-də seysmik rayonlaşdırma xəritələrinin tərtibində determinist və genetik metodlardan istifadə olunurdu, yəni seysmik təhlükənin qiymətləndirilməsi zəlzələ kataloqlarında olan tarixi və instrumental yolla yazılmış zəlzələlərin əsasında aparılırdı. 1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada ehtimal olunan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə iki - 12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılıb.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in inşasına bu xəritə tərtib olunandan çox öncə - 1973-cü ildə başlanılıb və xəritə təsdiq olunandan əvvəl -1979-cu ildə istifadəyə verilib. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanıb.

1988-ci ildə Ermənistan SSR-in 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal intensivlikli zəlzələ baş verdi. Spitak zəlzələsi zamanı Yer səthində uzun məsafəyə uzanan, enli qırılma çatları əmələ gəldi, 25 minə qədər insan həlak oldu.

Sonrakı dövrlərdə SSRİ-nin seysmik rayonlaşdırma xəritəsinin bir sıra başqa bölgələrində də göstərilən seysmik təhlükə səviyyəsinə adekvat olmayan daha güclü zəlzələlər baş verdi: 12 ballı MSK-64 şkalası üzrə 7-8 bal intensivlikli seysmik təhlükə səviyyəsi ilə səciyyələnən Zaysanda (Qazaxıstan, 1990), Raça-Cavada (Gürcüstan, 1991), Suusamırda (Qırğızıstan, 1992) və Nefteqorskda (Rusiya, 1995) daha güclü (9-10 bal) seysmik təkanlar oldu. 1995-ci ildə Rusiyanın seysmik rayonlaşdırma xəritəsində müəyyən edilmiş seysmik təhlükə səviyyəsindən 2-3 bal yüksək intensivlikli zəlzələnin baş verməsi Nefteqorsk şəhərini tamamilə yerlə-yeksan etdi, çoxsaylı insan tələfatı oldu.

Seysmik rayonlaşdırma xəritələrində seysmik təhlükə səviyyələrinin düzgün təyin olunmaması seysmoloq alimləri, o cümlədən Azərbaycan mütəxəssislərini bu işlərə yenidən baxmağa və xəritələrdə düzəliş etməyə vadar etdi.

1992-1997-ci illərdə GSHAP (Global Seysmik Təhlükənin Qiymətləndirilməsi Proqramı) layihəsi çərçivəsində Qafqaz respublikaları, Türkiyə, İran, Rusiya, Türkmənistan əraziləri daxil olmaqla böyük bir ərazinin seysmik təhlükəliliyi yeni metodik yanaşma əsasında araşdırılıb və qiymətləndirilib.

İlk mərhələdə aktiv tektonik qırılmalar (ocaq zonaları) və onları səciyyələndirən seysmiklik müəyyənləşdirilib. Sonrakı mərhələlərdə bu tektonik qırılmaların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri araşdırılıb və ərazinin hər bir yerində mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilib.

Tərtib olunmuş aktiv tektonik qırılmalar (lineamentlər) xəritəsindən məlum olur ki, Ermənistan ərazisində İrəvan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Qeyd edək ki, 1988-ci ildə baş vermiş zəlzələnin ölçüsü Rixter şkalası üzrə M=7,1 və 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilib.

Bu deyilənlər “Metsamor” AES-in seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballı zəlzələnin baş verməsi nəinki AES-də “Çernobıl”dakı kimi bir blokun güclü partlamasına səbəb ola bilər, hətta zəlzələ zamanı Yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən “Metsamor” tamamilə dağıla bilər. Bu halda mümkün ola biləcək fəlakətin miqyasını təsəvvür etmək belə çox çətindir.

Qeyd olunanlar “Metsamor” AES-in təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Düşünürəm ki, bölgədə yerləşən Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin alim və mütəxəssisləri MAQATE-ni bu problemə ciddi yanaşmağa sövq etməklə region əhalisini böyük fəlakətdən qurtara bilərlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub