DÜNYA


Qurban bayramı günlərində Dubayda 950 yol qəzası baş verib

Əbu-Dabi, 15 avqust, AZƏRTAC

Dubay polisi müqəddəs Qurban bayramı günlərində (avqustun 10-dan 13-dək) 950 yol qəzası qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bayram günləri ərzində yerli əhali tərəfindən polisə 28 mindən çox zəng vurulub, onlardan əksəriyyəti təcili olmayan müraciətlərdir. Həmçinin 20 mindən artıq çağırış Şarcə və 32 min çağırış Əbu-Dabi əmirliklərinin polisinin növbətçi pultuna daxil olub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.