CƏMİYYƏT


Qurban bayramı günlərində paytaxtda hava əsasən yağmursuz olacaq

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanda Qurban bayramı günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, axşam bir qədər mülayimləşəcəyi gözlənilir. Küləyin sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi əsəcək, gündüz saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək, sürəti 3-8, arabir 10-12 metr/saniyə olacaq. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23°, gündüz 24-27°, sonrakı günlərdə 28-31° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, 5-10, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-21° isti, bayram günlərində 25°-dək isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 11-də arabir 20-25, ayrı-ayrı yerlərdə arabir 30-35 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 12-13-də gündüz saatlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, avqustun 11-də ayrı-ayrı yerlərdə 18-23 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti, sonrakı günlərdə 30°-dək isti, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, avqustun 11-də arabir 20-25, ayrı-ayrı yerlərdə 30-35 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqustun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 25-30°, sonrakı günlərdə 33°-dək isti, dağlarda gecə 13-18°, gündüz 19-24° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.