REGİONLAR


Qurban bayramı ilə əlaqədar Gəncədəki heyvanların satış yarmarkası sabah da davam edəcək

Gəncə, 22 avqust, Rauf Hacıyev, AZƏRTAC

Qurban bayramı ilə əlaqədar Gəncədə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyvanların satışı Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə həyata keçirilib.

Bayram yarmarkasında satışa çıxarılan 300-dən çox xırdabuynuzlu heyvanın qiyməti 100-160 manat arasında dəyişib. Bu da bazardakı mövcud qiymətlərdən 30-35 manat aşağıdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nail Məmmədov bildirib ki, qiymətlərin münasib olması əhalinin alıcılıq qabiliyyətinə də müsbət təsir göstərib: “Xırdabuynuzlu heyvanların satışına iki-üç saatdır başlanılıb. Səhər saat 8-dən etibarən xidmət göstəririk və artıq heyvanların üçdəikisi, bəlkə də daha çoxu satılıb. Bununla belə, satış sabah da davam edəcək”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində dezinfeksiya işləri aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.