REGİONLAR


Qurban bayramı ilə əlaqədar Tərtərdə iki ünvanda heyvanların kəsimi və satışı həyata keçirilib

Tərtər, 21 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Qurban bayramı ilə bağlı respublikamızın müxtəlif yerlərində, o cümlədən Tərtər şəhərində qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhəri, Cavanşir küçəsi 84 ünvanında qurbanlıq heyvanların kəsimi, F. Qulami küçəsində isə satışı həyata keçirilib. Satış və kəsim yerlərində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunub.

Rayon sakinləri Qurban bayramı ilə əlaqədar yaradılmış şəraitdən razılıqlarını ifadə edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Ramil Nağıyev deyib: “Müqəddəs Qurban bayramını bu il tamam başqa əhval-ruhiyyədə qeyd edirik. Əvvəlki bayramlarda etdiyimiz dualar qəbul olunub, ən böyük istəyimiz gerçəkləşib, torpaqlarımız azad edilib. Hər il olduğu kimi bu il də qurbanlıq almışam. Rayonda qurbanlıqların kəsilməsi üçün gözəl şərait yaradılıb. Aldığım heyvan həkim tərəfindən müayinə olunub. İndi isə kəsim məntəqəsində kəsiləcək. Yaradılan şəraitdən razıyam”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə Qurban bayramı günlərində ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi yerləri fəaliyyət göstərib. Həmin yerlərdən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.