CƏMİYYƏT
Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələri barədə maarifləndirici videoçarx hazırlanıb VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilib vətəndaşların ixtiyarına veriləcək.
Həmin kəsim məntəqələri barədə əhalini məlumatlandırmaq və heyvan kəsimini həyata keçirəcək şəxsləri standartlara uyğun kəsim məntəqələrinə cəlb etmək məqsədi ilə Agentlik tərəfindən bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanlarını əks etdirən videoçarx hazırlanıb.